<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>428</hymn_number>
<title>Gecə - gündüz mən Səni aramışam, sən demə İL428</title>
<lyrics>[V1]
 Gecə - gündüz mən Səni aramışam, sən demə,
 Gecə - gündüz fəryadım Sənə imiş, sən demə.

[C1]
   Daxilimdə daima Səni arardım, demə,
   Qəlbimdə ehtiyacım Səninçünmüş, sən demə.

[V2]
 Rahat olmadı canım, rahat olmadı ruhum,
 Sən demə, Səndə imiş aradığım rahatlıq.

[C2]
   Ulu Tanrım, Səndəymiş təsəllim və sevincim,
   Səndə imiş, sən demə, mənim bəxtiyarlığım.

[V3]
 Aradığım ədalət Səndə imiş, sən demə,
 Bu uzanan əllərim Sənə imiş, sən demə.

[C3]
   Fəryadım Sənə imiş, xilas etdin Sən məni,
   Xilaskarım, Məsihim, uzatdın əlin mənə.</lyrics>
</song>